EN

“Taliban” Əfqanıstanda şahmatı qadağan etdi

Yazını böyüt
Yazını kiçilt

“Taliban” hökuməti “dini səbəblərə görə” şahmat oyununu qeyri-müəyyən müddətə qadağan edib.

Hafta.az-ın “Khaama Press”ə istinadən yazdığına görə, “dini səbəblərə” oyunu “haram” elan edilməklə yanaşı, Əfqanıstan Şahmat Federasiyası da ləğv edilib.

İdman Nazirliyinin rəsmiləri mayın 11-də şahmat oyunlarının dayandırıldığını təsdiqləyərək izah ediblər ki, “dini məsələlərə uyğun cavablar tapılana qədər” idman qadağan olunacaq və şahmatla bağlı heç bir tədbir keçirilməyəcək.

Şahmata qoyulan qadağa Talibanın Əfqanıstanda hüquq və azadlıqları məhdudlaşdırmasının daha bir nümunəsidir. Bu məhdudiyyətlər əfqan cəmiyyətinə dərindən təsir göstərən idman, mədəniyyət, təhsil və digər fəaliyyət sahələrini əhatə edir. Belə ki, əvvəllər radikallar Əfqanıstanda qarışıq döyüş növlərini (MMA) “İslam təlimlərinə uyğun gəlmədiyinə görə” qadağan etmişdilər.

Chosen
0
hafta.az

1Sources