EN

ABŞ və Çin iqtisadi-ticarət danışıqlarını davam etdirmək üçün yeni mexanizm yaradacaq

ABŞ-Çin iqtisadi və ticarət əlaqələrinə dair müzakirələri davam etdirmək üçün mexanizm yaradacaq.



APA xəbər verir ki bu barədə ABŞ və Çin nümayəndə heyətlərinin Cenevrədəki birgə bəyanatında qeyd edilib.

Çin ABŞ mallarına tarifləri 90 gün ərzində 125%-dən 10%-ə endirəcək.

Buna cavab olaraq, ABŞ Çin mallarına tətbiq etdiyi tarifləri 90 gün ərzində 145%-dən 30%-ə endirəcək.

Çinin Baş nazirinin müavini He Lifeng Cenevrədə keçirilən Çin-ABŞ yüksək səviyyəli görüşünün dərin, səmimi və konstruktiv olduğunu bildirib.

Onun sözlərinə görə, Çin və ABŞ iqtisadi və ticarət məsləhətləşmə mexanizminin yaradılması barədə də razılığa gəliblər.


“Biz Çinlə gələcək danışıqlar üçün yaxşı mexanizm yaratmışıq”, - ABŞ Maliyyə Naziri Bessent qeyd edib.

Chosen
0
43
apa.az

10Sources