EN

TDT-yə üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platforması təsis ediləcək

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədriMəzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti QazaxıstanRespublikasının Türküstan şəhərinə səfər edib.

Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyası Katibliyinin Mediavə kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədriNurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsindəAzərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti öncə TürkDövlətləri Təşkilatına üzv ölkələrin ali seçki qurumlarınınMəşvərət Platformasının təsis sənədinin imzalanması mərasimindəiştirak edəcək.

Sözügedən sənəd Türk Dövlətləri Təşkilatına üzv ölkələrin seçkiidarəetmə orqanları arasında münasibətlərin daha daintensivləşdirilməsi və təcrübə mübadiləsinin aparılmasıistiqamətində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinəimkan yaradacaq.

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Qazaxıstana səfərzamanı, həmçinin “Türk Dünyası: Ənənələr, Təcrübə və SeçkiSistemlərinin İnkişafı üçün Perspektivlər” mövsuzunda beynəlxalqkonfransda da iştirak edəcək.

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyətinin tərkibinəKomissiya sədrinin müavini Rövzət Qasımov və Katibliyin rəhbərininmüavini Həsən Kazımzadə də daxildir.

Səfər çərçivəsində nümayəndə heyətinin Türk DövlətləriTəşkilatına üzv ölkələrin ali seçki orqanlarının rəhbərləri vədigər rəsmi şəxslərlə görüşləri, qurumlararası əlaqələr vəqarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrinaparılması da nəzərdə tutulur.

Chosen
0
10
az.trend.az

10Sources