Yuqrada (Rusiya) məktəbin kollektivi minalanma ilə bağlı məlumat səbəbindən təxliyə ediliblər.
Bu barədə TASS-a regionun təhlükəsizlik qurumlarından məlumat verilib.
"Xantı-Mansiyskdə məktəbin şagirdləri daxil olan minalanma xəbərləri səbəbindən təxliyə edilib. Hazırda təhsil müəssisəsində təhlükəli əşyaların olub-olmaması yoxlanılır", - agentliyin müsahibi bildirib.
Onun sözlərinə görə, hadisə yerində güc strukturlarının nümayəndələri işləyir. İlkin məlumata görə, uşaqlar evə buraxılıb, dərslər ləğv edilib.