EN

Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı

Sabiq deputat, Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərlinin (İmanov) oğlu Araz İmanov  “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyində Baş katibi vəzifəsində işə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Araz İmanov ötən həftə keçirlən “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusundakı müzakirələrdə İctimai Birliyin Baş katibi qismində çıxış edib.

Araz İmanov fəaliyyətə diplomatik sahədən başlayıb. O, bir neçə il Azərbaycanın Çexiyadakı səfirliyində çalışıb. 20 ilə yaxın müddətdə Xarici İşlər Nazirliyi sistemində çalışıb. Vətən müharibəsindən sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində diplomatik fəaliyyət göstərib. A.İmanov idman, musiqi, atçılıqa məşğuldur.  Öz çevrəsində həm də yaxşı musiqiçi kimi tanınır. 

"Cebheinfo.az"

Chosen
0
4
cebheinfo.az

7Sources