EN

Fələstin vitse-prezidenti: Yalnız ABŞ İsraili müharibəni bitirməyə məcbur edə bilər

ABŞ İsraili Qəzza zolağında müharibəni dayandırmağa məcbur etməyə qadir olan yeganə tərəfdir..

Poliqon xəbər verir ki, Fələstinin vitse-prezidenti Hüseyn Şeyx bu fikri Əl Ərəbiyyə telekanalına bildirib.

ABŞ İsraili Qəzza zolağında müharibəni dayandırmağa məcbur etməyə qadir olan yeganə tərəfdir”, - deyə o, Fələstinin radikal HƏMAS hərəkatının da müharibənin sona çatmasına səbəb olacaq cəsarətli addımlar atacağına ümid etdiyini bildirib.

"HƏMAS hərəkatı xalqın bir hissəsidir, onu siyasi həyatdan kənarlaşdırmaq olmaz. HƏMAS bizim siyasi sistemimizin bir hissəsi olmaq üçün siyasətini dəyişməlidir", deyən Şeyx Fələstin Milli Administrasiyasının (PNA) hərəkatla dialoq apardığına inandırıb.

"Hazırda Fələstin dövlətini yaratmağın ən yaxşı yolu silahlı mübarizə deyil, İsrailə dinc müqavimət göstərməkdir. Biz hüquqlarımıza nail olmaq və öz dövlətimizi yaratmaq üçün İsraillə danışıqlar aparırıq. Bizim prioritetimiz Fələstin xalqının öz torpaqlarında təhlükəsizliyini təmin etməkdir", vitse-prezident vurğulayıb.

Poliqon.info 

Chosen
0
1
poliqon.info

2Sources