Premium elektrik və hibrid avtomobillər arasında yüksək etibarlılıq və ən az texniki qüsur riski müəyyən edilən VOYAH avtomobili keyfiyyət reytinqində lider olmağı başarıb.
Belə ki, reytinq cədvəlində 96 avtomobil markası ilə rəqabət aparan VOYAH, Çində avtomobil istifadəçilərinin rəyinə görə ən etibarlı avtomobil seçilib. "Çin Avtomobili Keyfiyyəti Şəbəkəsi"nin avtomobilistlər arasında keçirdiyi monitorinqin nəticələri əsasında müəyyən olunan qalib ən yüksək 153 balı toplayıb.
Sözügedən avtomobillərin Azərbaycanda rəsmi satışı "SCM Motors" şirkətinin Çin avtomobil industriyasının nəhəng qurucularından biri "Dongfeng Motor" korporasiyası ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Bütün standartlara cavab verən servis mərkəzinə sahib olun distributor avtomobillərə 8 il və ya 160 000 km-dək zəmanət verir.
Daha ətraflı məlumatı şirkətin rəsmi internet (www.voyah.com.az) və ya sosial media səhifələrindən (@voyah.azerbaijan), eləcə də +994 55 535 77 77 əlaqə nömrəsinə zəng edərək əldə edə bilərsiniz.