Demokrat.az bu barədə TRT kanalına istinadən xəbər verir.
Qeyd edək ki, "Terrorsuz Türkiyə" strategiyası çərçivəsində yeni proses başladılıb. PKK lideri Abdullah Öcalan tərəfdarlarını silahları yerə qoymağa çağırıb.
Terror təşkilatı 5-7 may tarixlərində qurultay keçirib. Öcalanın çağırışı əsasında "tarixi əhəmiyyətə malik qərarlar" qəbul edildiyi bildirilib.
Qeyd edək ki, təşkilat 1984-cü ildə terror fəaliyyətinə başlamışdı.