EN

Hindistan Pakistanla yalnız hərbi səviyyədə danışıqlar aparacaq – Siyasi təmaslar olmayacaq

BAKI, 12 may. TELEQRAF

Hindistan hökuməti Pakistanla yalnız hərbi rəhbərlər səviyyəsində danışıqlar aparacaq və siyasi təmaslar qurmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Hindustan Times" qəzetinə danışan rəsmi mənbələr məlumat veriblər.

Mənbələrin sözlərinə görə, Hindistanın mövqeyi əvvəldən aydındır: “Pakistanla yalnız hərbi əməliyyatlara cavabdeh komandirlər arasında birbaşa danışıqlar olacaq. Heç bir siyasi danışıqlar nəzərdə tutulmur”.

Bildirilib ki, Hindistanın Milli Təhlükəsizlik müşaviri Acit Doval və xarici işlər naziri Subrahmanyam Caişankar Pakistan rəsmiləri ilə heç bir əlaqə saxlamayıblar.

Chosen
0
teleqraf.com

1Sources