EN

Yük maşını avtomobillə toqquşdu: 13 nəfər öldü

Hindistanın Çhattisqarx əyalətində yük maşınının avtomobilin qoşqu ilə toqquşması nəticəsində azı 13 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

Avtosfer.az ANI agentliyinə istinadən xəbər verir ki, bu barədə ştat polisi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yük maşınında dini bayramdan qayıdan yerli sakinlər olublar.

Ölənlər arasında dörd uşaq da var. Polis qəzanın səbəblərini araşdırır.

Chosen
0
2
avtosfer.az

7Sources