EN

Çində güclü zəlzələ baş verdi

10:12 12.05.2025
10:12 12.05.2025

Çində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Mynews.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri təxminən 80 min nəfər əhalisi olan Şiqatse şəhərindən 124 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.


Chosen
0
17
mynews.az

10Sources