EN

Rusiyada məktəb binasından şagirdlər təxliyə olunublar

Yuqrada (Rusiya) məktəbin kollektivi minalanma ilə bağlı məlumat səbəbindən təxliyə ediliblər.

AzEdu.az xəbər verir ki, bu barədə TASS-a regionun təhlükəsizlik qurumlarından məlumat verilib.

"Xantı-Mansiyskdə məktəbin şagirdləri daxil olan minalanma xəbərləri səbəbindən təxliyə edilib. Hazırda təhsil müəssisəsində təhlükəli əşyaların olub-olmaması yoxlanılır", - agentliyin müsahibi bildirib.

Onun sözlərinə görə, hadisə yerində güc strukturlarının nümayəndələri işləyir. İlkin məlumata görə, uşaqlar evə buraxılıb, dərslər ləğv edilib.

Chosen
0
8
azedu.az

9Sources