EN

Abxaziya rəhbəri Gürcüstanı barışmağa ÇAĞIRDI

Ajans.az xəbər verir ki, bunu Abxaziya prezidenti Badra Qunba deyib. “Gürcüstanın siyasi elitası reallıqla barışa bilməyib: Abxaziya müstəqil dövlətdir”, - Qunba deyib. Onun sözlərinə görə, Abxaziya öz mədəniyyətini, adət-ənənələrini sərbəst şəkildə inkişaf etdirir və onun müstəqilliyi belə ifadə olunur. Prezident əlavə edib ki, Tbilisi ilə dialoq yalnız Abxaziyanın suverenliyinin tanınması və gücdən istifadə etməmək haqqında sazişin imzalanması şərti ilə mümkündür.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Chosen
0
Ajans.az

1Sources