EN

Tramp amerikalılara dərman qiymətlərini 30-80% azaldacaqlarına söz verib

ABŞ prezidenti Donald Tramp ölkə üzrə reseptlə satılan dərmanların qiymətini 30-80% azaldacaq sərəncam imzalamaq niyyətində olduğunu açıqlayıb...

Poliqon xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Truth sosial şəbəkəsində məlumat verib.

O, mayın 12-də saat 9:00-da ölkə tarixinin ən tarixi fərmanlarından birini imzalayacağını vurğulayıb.

Tramp bu qərarı ən çox üstünlük verilən millət siyasəti adlandırıb. Onun sözlərinə görə, bu tədbir ABŞ-da digər ölkələrlə müqayisədə dərmanların ədalətsiz bahalaşmasının aradan qaldırılmasına yönəlib.

Poliqon.info 

Chosen
0
poliqon.info

1Sources