EN

Mövsümün ən yaxşıları açıqlandı – Fransada

Fransanın Milli Peşəkar Futbolçular Birliyi (UNFP) 2024-25 mövsümünün ən yaxşılarını müəyyənləşdirib.

Msport.az xəbər verir ki, bunlar Fransada çıxış edən və ölkəni xaricdə təmsil edən ən yaxşı futbolçu, məşqçi və hakimlərdir.

PSJ-nin hücumçusu Usman Dembele Liqa 1-in ən yaxşı oyunçusu adına yiyələnib. Xaricdəki ən yaxşı fransız “Real”ın forvardı Kilian Mbappe seçilib.

PSJ-li Desire Due Liqa 1-in əsas ümidi, “Lill”dən Lukas Şevalye ən yaxşı qapıçısı, PSJ-nin baş məşqçisi Luis Enrike ən yaxşı çalışdırıcı adına layiq görülüb.

Chosen
0
1
msport.az

2Sources