EN

Ançelotti “el klasiko”dan sonra itkiləri qabartdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 35-ci turunun “Barselona” ilə səfər oyununda 3:4 hesablı məğlubiyyəti şərh edib.

Arena.az italyan mütəxəssisin oyunsonrası mətbuat toplantısında müvafiq xüsusda sələndirdiyi fikrini təqdim edir:

“Gəlin unutmayaq ki, bizim beş müdafiəçimiz zədəlidir. Gəlin, bunu xatırlayaq.

Biz hesabı 4:4 edə bilərdik. Nəticə yaxşı deyil, amma komandam son dəqiqəyə qədər mübarizə aparırdı. Bu, mövsümdə sonuncu “el klasiko”dur. İndi isə bizə, mövsümü yaxşı başa vurmaq gərəkdir. Üç oyun qalıb və biz onların hər üçündə qalib gəlməyə çalışmalıyıq”, deyə Ançelotti vurğulayıb.

Əlavə edək ki, “Real” cari mövsümdə “Barselona” ilə keçirdiyi dörd oyunun hamısında məğlubiyyət acısı yaşayıb.

35 oyundan 82 xalla “Barselona” İspaniya La Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Real” isə 75 xalla 2-ci pillədədir.

Chosen
0
arena.az

1Sources