Çində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 80 min nəfərə yaxın əhalisi olan Şiqatse şəhərindən 124 km cənub-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.