EN

Məhkəmə “Food Plaza”nın pulunu mənimsəyən satış nümayəndəsi ilə bağlı qərarı açıqladı

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Kənan Əkbərlinin (soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Kənan Əkbərli “Food Plaza” MMC-də satış nümayəndəsi vəzifəsində çalışıb. Onun fəaliyyəti MMC-nin xarici ölkələrdən gətirdiyi uşaq qida məhsullarının (qarğıdalı, kukuruz və s.) ölkə ərazisində satışını həyata keçirmək, “Food Plaza” tərəfindən onlara təhkim edilən ticarət obyektlərinin sifarişini onlara təhkim olunan post terminal vasitəsilə MMC-nin anbarına yönəltmək, sifarişlər onlar tərəfindən ticarət obyektlərinə çatdırıldıqdan sonra isə həmin ticarət obyektlərindən satılmış məhsullarının pullarını toplayıb, gətirib şirkətin xəzinəsinə ödəməkdən ibarət olub. Cinayət materiallarında qeyd edilib ki, Kənan Əkbərli şirkətin 13 664 manat pulunu mənimsəyib.

 

Nizami Rayon Məhkəməsinin hökmü ilə ona 1 müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 12 May 2025, 08:09   
Chosen
0
pravda.az

1Sources