Ukraynanın "TSN.Nedelya" nəşrinin müxbiri Aleksandr Zaqorodnıy Xarkov vilayətindəki “Xartiya” briqadasında olub və ukraynalı döyüşçülərin “Berlin” adlanan yüksəkliyi necə azad edə bildiyini öyrənib.
Moderator.az xəbər verir ki, bu haqda "TSN" məlumat yayıb.

Bu həftə Rusiya tərəfdən bircə gün ərzində də real atəşkəs olmayıb. Mayın 8-də Putin təmtəraqlı şəkildə üç gün ərzində atəş olmayacağını elan edəndə Rusiya “Şahed” dronları, qanadlı və ballistik raketlərlə Ukraynaya kütləvi şəkildə hücum etdi. Onlar energetika obyektlərini və yenidən mülki əhalini vurdular: məktəbləri, stadionları, yaşayış binaları.
Hücumlar səngiməyib. Özü də bütün cəbhə boyu. Əksinə, onlar gücləndilər, "DeepState" resursunun analitikləri deyirlər. Onlar mayın 8-dən 10-a kimi qondarma “atəşkəs” zamanı rusların hücum hərəkətləri barədə məlumat toplayıblar. Bu da real statistika:
8 may - 193 hücum.
9 may - 196.
10 - 161 hücum.
Müqayisə üçün — aprel ayında gündə orta hesabla 155 hücum olub.
Amma eyni zamanda Ukrayna müdafiəçiləri hətta bəzi əraziləri geri ala biliblər.
Ruslar Xarkov vilayətindəki strateji əhəmiyyətli massivi simvolik olaraq "Berlin" adlandırıblar. Həmin yüksəkliyui geri alma üçün altı ay ərzində ağır döyüşlər gedib.