Mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecÉ™ 15-18° isti, gündüz 20-25° isti olacaq. Atmosfer tÉ™zyiqi normadan aÅŸağı 757 mm civÉ™ sütunu olacaq. Nisbi rütubÉ™t gecÉ™ 70-75%, gündüz 55-60% olacaq.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecÉ™ 15-20° isti, gündüz 25-30° isti, daÄŸlarda gecÉ™ 7-12° isti, gündüz 15-20° isti olacaq.