EN

Hindistanda qəza nəticəsində 13 nəfər ölüb

Hindistanın mərkəzi hissəsində yerləşən Çhattisqarh əyalətində yük maşınının qoşqu ilə toqquşması nəticəsində azı 13 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Bu barədə ştat polisi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yük maşınında dini bayramdan qayıdan yerli sakinlər olub.

Qəza Raypur şəhəri yaxınlığında baş verib.

Hadisə nəticəsində daha 12 nəfər yaralanıb.

Ölənlər arasında dörd uşaq da var.

Polis qəzanın səbəblərini araşdırır.

Chosen
0
2
operativmm.az

7Sources