EN

"Yuventus" və "İnter" "Arsenal"ın futbolçusu ilə maraqlanır

"Arsenal"ın müdafiəçisi Yakub Kiver karyerasını İtaliyada davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bu haqda "Football Insider" məlumat yayıb.

Mənbənin məlumatına görə, 25 yaşlı polyakla "Yuventus" və "İnter" maraqlanır. Daha əvvəl futbolçu ilə "Marsel"in maraqlandığı bildirilirdi.

Bu mövsüm Kiver 27 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun dəyərini 22 milyon avro qiymətləndirir.

1Sources