Çin Xalq Respublikasının (ÇXR) Tibet Muxtar Bölgəsində 5,6 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 21:11-də (Bakı vaxtı ilə bazar ertəsi 01:11) təxminən 80 min nəfər əhalisi olan Şiqatse şəhər rayonundan 133 km cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 12 kilometr dərinlikdə yerləşib.