"Barselona"nın gənc ulduzu Lamin Yamal bugünkü "El Klasiko"dan sonra etdiyi paylaşımda "Real"a söz atıb.
Offsideplus.az xəbər verir ki, 17 yaşlı hücumçu ən son instaqram paylaşımında "bunu da bəyənməyi unutmayın", deyə qeyd edib. O, bu sözləri "İnter"in futbolçusu Alessandro Bastoninin paylaşımını bəyənən Serxio Ramos və Cud Bellinqemə atmaca olaraq yazıb.
Yamal komandasının 4:3 hesablı qələbəsi ilə yekunlaşan oyundan sonra "Real Madrid"ə daha çox qol vura bilərdik", açıqlamasını verib.
Qeyd edək ki, "İnter" Çempionlar Liqasının yarımfinalında "Barselona"nı mübarizədən kənarlaşdırmışdı.
View this post on Instagram