İsrail hakimiyyəti ABŞ-dan Fələstinin HƏMAS hərəkatının xoşməramlılıq əlaməti olaraq Qəzza zolağında saxlanılan girovlardan birini azad etməyə hazır olduğu barədə bildiriş alıb.
“İki sahil” xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
"Birləşmiş Ştatlar HƏMAS-ın əsgər İdan Aleksandrı birtərəfli qaydada - Amerika tərəfinə xoşməramlı jest olaraq, heç bir şərt və tələb olmadan azad etmək niyyəti barədə İsraili xəbərdar edib", - ofisin bəyanatında deyilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”