EN

HƏMAS ikili vətəndaşlığı olan Aleksandrı AZAD EDƏCƏK

Fələstin HƏMAS hərəkatı ABŞ vətəndaşı olan bir israilli girovu azad edəcək.

Publika.az xəbər verir ki, bu barədə hərəkat özünün "Telegram" kanalında məlumat yayıb.

“HƏMAS son bir neçə gün ərzində ABŞ administrasiyası ilə danışıqlar aparıb və məsləhətləşmələrdən sonra müsbət münasibət nümayiş etdirmək və ikili vətəndaşlığı olan israilli girov Eden Aleksandrı azad etmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.

Bəyanatda həmçinin qeyd olunub ki, məhbusun azad edilməsi Qəzza zolağında atəşi dayandırmaq üçün görülən tədbirlərin bir hissəsi, o cümlədən Fələstin anklavı ilə sərhəddə bütün nəzarət-buraxılış məntəqələrinin açılması və humanitar yardımın gətirilməsi olmalıdır.

HƏMAS həmçinin vurğulayıb ki, hərəkat dərhal Qəzza ilə bağlı intensiv danışıqlara başlamağ, Qəzzada döyüşlərin dayandırılması və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı razılığa gəlmək üçün ciddi səylər göstərməyə hazırdır.

Chosen
0
39
publika.az

10Sources