EN

Sibirdə neft-qaz yatağında yanğın baş verib, qazma qurğusu çöküb - VİDEO

Sibirdə yerləşən “Xarampurnefteqaz” yatağında baş vermiş yanğın nəticəsində qazma qurğularından biri çöküb.

APA xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, mayın 10-da axşam saatlarında iki neft-qaz quyusunda yanğın başlayıb. Nəticədə qazma qurğularından biri tamamilə dağılıb.

Yanğın zamanı üç nəfər xəsarət alıb. Onların hər üçü ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

https://t.me/apa_az/97822

Chosen
0
1
apa.az

2Sources