Burkina Faso Prezidenti İbrahim Traore Rusiyadan kömək istəyib.
Publika.az xəbər verir ki, o bu barədə "RİA Novosti"yə məlumat verib.
Siyasətçinin sözlərinə görə, respublika ilk növbədə “intellektual dəstək”də maraqlıdır. O qeyd edib ki, Burkina Faso üçün ən vacib şey hərbi sənayenin inkişafı, gənclərin texnologiyaya öyrədilməsi və terrorla mübarizədə yardım almaqdır.
Traore Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirləri şərəfinə Moskvada işgüzar səfərdədir. O, Rusiya paytaxtına mayın 8-də gəlib. Ertəsi gün siyasətçi Qızıl Meydanda keçirilən Qələbə Paradında iştirak edib, mayın 10-da isə Kremldə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparıb.