EN

Qaxda qeyri-sabit hava fəsadlar yaratdı - FOTO

Şimal-Qərb bölgəsində qeyri-sabit hava müşahidə olunub. Qax rayonunda əsən güclü külək ciddi fəsada yol açıb. Külək iki evə ciddi ziyan vurub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şimal-Qərb bölgəsində davam edən qeyri-sabit hava Qaxda ciddi fəsadlara yol açıb.
 

Belə ki, rayonun Qaxingiloy kəndində yağışla müşahidə olunan güclü külək kənd sakini, 69 yaşlı Kulaşvili Varobyonun evinin dam örtüyünü qopardaraq qonşu həyətə atıb. Nəticədə onun evi ilə bərabar İradə Hacıyevanın da yeni təmir olunan evi ciddi zədələnib. Küləkdən sonra yağan leysan yağışı evə maddi ziyan vurub, yağış suları otaqlara dolub.


Sakinlərin sözlərinə görə, külək o qədər güclü olub ki, həyətə çıxmağa imkan verməyib. Daha sonra küləklə leysan yağıb, qısamüddətli dolu müşahidə olunub. Nəticədə həyətyanı sahələrə leysan yağışları zərər vurub.

Qeyd edək k, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Şəki-Zaqatala bölgəsində də mayın 15-ə kimi davam edəcək.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Chosen
0
17
bizim.media

10Sources