EN

Binə qəsəbəsində aylardır həllini tapmayan kanalizasiya PROBLEMİVİDEO

Çirkab su yola axır... Üfunət qoxusu ətrafı bürüyüb...

Xezerxeber.az xəbər verir ki, söhbət Xəzər rayonu Binə qəsəbəsi Yaşar Sadiqov küçəsindən gedir. Sakinlər deyir ki, aylardır problem öz həllinin tapmayıb. Aidiyyatı qurumlara müraciət etsələrdə heçbir nəticə yoxdur.

Ərazidə yaşayan şəxslər deyir ki, qəsəbədə kanalizasiya xətti olmadığından  suyun tam dəqiq hardan gəldiyi belə məlum deyil.

Məsələ ilə bağlı iri şəhərlərin birləşmiş su təchizatı xidmətindən xəzərxəbərə bildrildi ki qeyd olunan ünvanda ADSEA yaranmamışdan əvvəl yeni tullantı su şəbəkəsinin çəkilməsi istiqamətində işlərə başlanılıb. Hansısa səbəbdən işlər dayandırılıb, yarımçıq qalıb və borunun bir tərəfi bağlanıb. Lakin istismar qaydalarına uyğun olaraq layihənin növbəti mərhələsinə başlanılmadan sakinlər tikintisi bitməyən şəbəkəyə qeyri-qanuni qoşulmalar həyata keçiriblər. Təbii ki, axıntı olmadığından sakinlərin çirkab suları dolub geri qayıdır. Bu səbəblə ərazidə belə vəziyyət qeydə alınıb. Bununla bağlı müvafiq rayon sukanal idarəsi ərazidə monitorinqlər aparıb və müvafiq müraciətlər ünvanlayıb. Məsələ rayon sukanal idarəsinin diqqətindədir. Lazımi tədbirlər görüləcək.

Chosen
0
xezerxeber.az

1Sources