EN

Heyvanları dərmanla çimizdirdi, bir gündə 64 baş iribuynuzlu heyvanı zəhərləndi – TƏFƏRRÜATVİDEO

Gənəyə qarşı dərmanla çimizdirilən heyvanlar zəhərlənib... 60-dan çox iribuynuzlu heyvan tələf olub...

Xezerxeber.az-ın xəbərinə görə, hadisə Goranboyun Tatarlı kəndində baş verib.

Təsərrüfat sahibi Bəxtiyar Ələsgərov iddia edir ki, heyvanlarında gənə olduğu üçün onları çimizdirmək qərarına gəlib. Daha sonra onları örüşə buraxıb və bu hadisə baş verib. Onun sözlərinə görə, ümumilikdə 64 baş heyvanı ölüb.

Baytarlıq aptekindən bildirilib ki, sözügedən dərman indiyədək çox alıcıya satılıb, ancaq bu vaxta qədər belə halla rastlaşmayıblar.

Təsərrüfata, Qida Təhlükəsizliyi Agentliyinin və Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları gəlib. Qida Təhlükəsizliyi gentliyinin əməkdaşları tərəfindən ölmüş heyvanlardan nümünələr götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
0
xezerxeber.az

1Sources