EN

"Yaşlandıqca daha çox nevroloji xəstəliklərə məruz qalırıq..."

Texnologiya çox sürətlə inkişaf edir və biz yeni texnikalarla tanış oluruq. Bu üsullar xəstələrə daha həssas yanaşmağa imkan verir. Amma biz bəzi şeylərə bir az etinasız yanaşırıq; xəstə seçimi və uyğun xəstələrin siyahısının tərtib edilməsi kimi problemlərimiz var. Təbii ki, biz belə tədbirlərdə bunları müzakirə edir, təlimlər keçiririk.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu Ümumdünya Neyrocərrahiyyə Cəmiyyətləri Federasiyasının Onurğa Təhsili və Təlim Komitəsinin rəhbəri professor Mehmet Zileli deyib.

Professorun sözlərinə görə, yaşlandıqca daha çox nevroloji xəstəliklərə məruz qalırıq. Xüsusilə damarların tıxanmasına səbəb olan xəstəliklər, o cümlədən onurğa cərrahiyyəsi ilə bağlı problemlər də artmaqdadır.

"İnsanlar yaşlandıqca önə əyilir, onurğa sütunu köhnəlir, sümük əriməsi, yəni osteoporoz yaranır. Bütün bunlarla beyin və sinir cərrahiyyəsi məşğul olur. Yeni texnikalar, yeni cərrahi üsullar, yeni tətbiqlər bu mövzuda daha dəqiq işlər görməyə imkan verir. Müəyyən problemlər var, biz çalışırıq ki, onları həll edək.

Neyrocərrahiyyə xəstəlikləri qismən də diaqnostik metodların geniş tətbiqi ilə əlaqədar olaraq “cavanlaşır”. Əslində tibbi görüntüləmə üsullarında bəzi səssiz patologiyaları görürük. Ona görə də, biz onları xəstəliklər adlandırırıq. Əslində burada bir səhv var. Diaqnostik üsullardan çox istifadə edildikdə bəzi xəstəliklərin daha çox yayıldığı görünür. Əslində bunlar əsl xəstəliklər deyil", - deyə M.Zileli bildirib.

Chosen
0
3
sia.az

4Sources