EN

Bac almaq

Tramp gələn həftə ilk xarici səfərini Qətərə edəcək.

Səfər zamanı prezidentə Birləşmiş Ştatlara xarici bir hökümətdən indiyədək verilmiş ən dəyərli ola biləcək hədiyyə – süper lüks Boeing 747-8 reaktiv təyyarəsi veriləcək.

Qətər Kral ailəsinin bu hədiyyəsi Donald Tramp tərəfindən yeni Air Force One (Prezident təyyarəsi) olaraq istifadə ediləcək.

ABC News-un xəbərinə görə təyyarənin mülkiyyəti Trampın prezidentlik müddətini tərk etməzdən əvvəl onun prezident kitabxanasının fonduna veriləcək...

Amerikalı mənbələr “prezidentlik müddətini tərk etməzdən əvvəl” yazarkən Trampın 3-cü müddət üçün hüquqi zəmin axtardığını (ABŞ-da bir nəfər ancaq 2 dəfə prezident seçilər bilər) qeyd etməyi unudublar. Bəlkə də bilərək bu xüsusa toxunmurlar, çünki Qətər Kralının nə az, nə də çox – 400 milyon dollarlıq hədiyyəsini izah etməyə söz axtarırlar…

Trampın ilk prezidentlik müddətindəki Səudiyyə səfəri düşdü yadıma.


2017-ci ildə bu ölkəyə etdiyi ilk xarici səfər zamanı Tramp 110 milyar dollarlıq hərbi və iqtisadi anlaşma imzalamışdı.

ABŞ lideri ikinci başqanlıq müddətinə də “yağlı bir tikə” ələ keçirməklə başlayır.

Bütün bunlar anlaşma, hədiyyə filan deyil, bunlar açıq-aydın bac almaqdır.

Amerika bac alır, xərac toplayır…

Və hər dəfə də müsəlman ölkələrdən…

Görəcəklərimiz varmış…

Chosen
0
26
modern.az

10Sources