EN

İşğaldan azad edilmiş ərazilərdə incəsənətvə sosial inkişafVİDEO

Ağdam şəhərində inşa edilən Muğam Mərkəzi Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.

Xezerxeber.az-ın xəbərinə görə, Mədəniyyət Nazirliyinin nümayəndəsi Pərvin Rüstəmova  bildirib ki, Muğam Mərkəzində kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb.

Ağdamın Kəngərli kəndində isə 632 fərdi evin tikintisi nəzərdə tutulur. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

Ağdam Dəmir yolu vağzalı gündəlik 800 - 1 000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1 300 - 1 500 nəfər sərnişinə xidmət edəcək.

Bura isə Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksidir. Kompleksdə 55 nəfər daimi işlə təmin edilib. Hazırda təsərrüfatda 355 baş üç növ müxtəlif cins iribuynuzlu damazlıq heyvan var. 

"Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi Xocalıda dayanıqlı sistem olacaq.

Şuşada fəaliyyətə başlayan  Müalicə-Sağlamlıq Mərkəzi  əhalinin sağlamlığının qorunmasında çox mühüm rol oynayacaq. Tibb ocağının ərazisində Gigiyena və Epidemiologiya Mərkəzi, hemodializ və digər korpuslar inşa olunub. Mərkəzin xidmətlərindən, eyni zamanda, ətraf şəhər və rayonların əhalisi də istifadə edə biləcək. Şuşada təməli qoyulan dördüncü yaşayış kompleksində 16 binanın inşası nəzərdə tutulub.

Şuşa rayonunun Daşaltı kənd məscidi də bölgənin önəmli layihələrindədndir. Məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. İkimərtəbəli məsciddə eyni vaxtda 150-dən çox insan ibadət edə biləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
0
xezerxeber.az

1Sources