“Mamagama” Avroviziya 2025-in “Firuzəyi xalı”sına çıxıb.
OLAY yazır ki, bu il layihədə təmsilçilərimizin geyimlərinin dizayneri Niqamət Qurbanovdur. Açılış tədbirinin geyimlərini Qurbanov Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilovanın “Xalçaların Dili” kolleksiyasının parlaq iş nümunələri ilə bəzəyib.
Belə ki, geyimlər özündə milli atributları, Azərbaycan xalçalarının nadir naxışlarının xüsusi işləmələrini göstərəcək. Hansı ki, Gülnarə Xəlilovanın bu işi 2016-cı ildən 8 ölkədə nümayiş etdirilərək müxtəlif mükafatlara layiq görülmüşdür.
Xüsusi hazırlanmış geyimləri Firuzəyi Xalıda Mamagama qrupu və bek vokalçılar geyinəcək. Həmçinin onları müşayiət edəcək radio və televiziya aparıcısı, Avroviziyanın nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərovanın libası sənətşünaslıq üzrə fəlsəfə doktoru, dizayner Gülnarə Xəlilovanın yeni “Şəbəkə” kolleksiyasındandır.
