Misli Premyer Liqasının XXXIV turunda "Sumqayıt" "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, Sumqayıt təmsilçisinin baş məşqçisi Vaqif Cavadov məğlubiyyəti şərh edib:
"Gərgin oyun keçdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Bizim də imkanlarımız var idi. Lakin yaratdığımız fürsətləri qola çevirə bilmədiyimiz üçün məğlub olduq. Necə olacağını deyə bilmərəm, amma, onu bilirəm ki rəhbərliyin hər bir qərarına hörmətlə yanaşacağam. Əgər getməyimin kluba xeyri dəyəcəksə, mən hazıram. Amma digər məsələ odur ki, biz artıq liqada qalmışıq. Əgər növbəti mövsüm şans yaradılsa, mübariz bir kollektiv yaratmağa çalışacam və bundan sonra kimlərsə Vaqif Cavadovun işini qiymətləndirə bilər. Bu gün əlimdən gələni edirəm ki, komandam qalib gəlsin və daha yuxarı pillələrdə qərarlaşsın. Lakin təəssüflər olsun ki bəzi şeyləri dəyişdirmək mümkün deyil".