EN

"Qarabağ" "Araz-Naxçıvan"ı məğlub edir, “Kəpəz” "Sumqayıt"a qalib gəldi - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 34-cü tura yekun vurulacaq. 

QOL.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək. 

Əvvəlcə “Kəpəz” Tovuzda “Sumqayıt”ı qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, gəncəlilər turnir cədvəlində 32 xalla 8-ci, "kimyaçılar" isə 30 xalla 9-cu yerdə qərarlaşıb.  

Turun son matçında isə artıq çemponluğu təmin edən “Qarabağ” üçüncü pillədəki “Araz-Naxçıvan”ı sınağa çəkəcək. 

Naxçıvan klubu bu matçda 1 xal qazansa, bürünc medalları təmin edəcək. Lakin statistika Elmar Baxşıyevin komandasının əleyhinədir. “Araz-Naxçıvan” cari mövsümdə çempionatda hər 3 görüşdə “Qarabağ”a uduzub. 

11 may (bazar)

20:00. “Qarabağ” - “Araz-Naxçıvan” - 1:0 (Fasilə)

Qol: Musa Qurbanlı, 35
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
“Azersun Arena”

18:00. “Kəpəz” - “Sumqayıt” - 1:0

Qol: Rauf Hüseynli, 11 - pen.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Tovuz şəhər stadionu

9 may (cümə)

“Sabah” - “Şamaxı” - 3:1

10 may (şənbə)

“Turan Tovuz” - “Neftçi” - 1:2

“Səbail” - “Zirə” - 0:1 
 

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 14 qol

Salifu Suma ("Zirə") - 12 qol

Davit Volkov ("Zirə") - 11 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Nəriman Axundzadə ("Qarabağ") - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol

Chosen
0
9
teleqraf.com

10Sources