İngiltərə Premyer Liqasında 36-cı turun oyunları keçirilir.
90deqiqe.Az xəbər verir ki, "Mançester Yunayted" doğma meydanda "Vest Hem"lə, "Tottenhem" "Kristal Pelas"la üz-üzə gəlib.
Hər iki görüşdə meydan sahibləri məğlubiyyətə üzülüb.
"Lester Siti" isə səfərdə "Nottinqhem Forest"in qonağı olub. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.