Gürcüstanın Qori şəhərində təşkil olunan böyüklər arasında cüdo üzrə Avropa Kuboku başa çatıb.

Offsideplus.az xəbər verir ki, yarışın ikinci - sonuncu günündə milli komandamız aktivinə daha bir medal əlavə edib.

81 kq çəki dərəcəsində mübarizə aparan Məhərrəm İmamverdiyev gümüş medala layiq görülüb. 

Turnirin ilk günündə isə Nazir Talıbov (66 kq) qızıl, Babarəhim Mirzəyev (60 kq) gümüş, Nəriman Mirzəyev (73 kq) bürünc medal qazanmışdı.

Beləliklə, cüdoçularımız turniri 4 medalla (1 qızıl, 2 gümüş və 1 bürünc) başa vurub. Azərbaycan 15 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.