Türkiyəli müğənni Emel Sayının son paylaşımı diqqət çəkib.
Referans xəbər verir ki, sənətçi 10 ildir onunla birlikdə yaşayan pişiyinin öldüyünü açıqlayıb.
“Uşağım kimi idi. Bir yerdə yatırdıq, gəzirdik, oynayırdıq. “Pati” sevincim, bəzən də dərdim idi. O, xəstəliyə məğlub oldu. Əlvida, oğlum. Sənin üçün hər zaman darıxacağam”.
Qeyd edək ki, sözügedən heyvan FIP (Feline Infectious Peritonitis) xəstəliyinə yoluxub. Bu, pişiklərdə ölümcül virusdur./globalinfo.az