Macarıstan Ukraynanın azlıqlar məsələsi üzrə 12 mayda keçirilməsi nəzərdə tutulan danışıqları təxirə salıb.
Ukrayna Ədliyyə Nazirliyi bu barədə məlumat yayıb.
Əvvəlki razılaşmaya əsasən, tərəflər Budapeştdə Macarıstan tərəfindən təklif edilən 11 tövsiyənin müzakirəsi üçün ekspert qruplarının yaradılmasını qəbul etmişdilər.
Danışıqlar Ujqorodda keçirilməli idi, və artıq Ukraynanın nümayəndə heyəti ora çatmışdı. Lakin görüşün yeni tarixi haqqında heç bir məlumat verilməyib.