EN

Aİ-nin Rusiyaya qarşı 17-ci sanksiya paketinin yarısını Fransa XİN hazırlayıb

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 17-ci sanksiyalar paketinə daxil ediləcək bütün məhdudiyyətlərin təxminən yarısı Fransa tərəfindən formalaşdırılıb.

“İki sahil” xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro "France Inter" radiosunun efirində deyib.

"Avropalılar öz növbəsində artıq bir neçə həftədir ki, yeni sanksiyalar paketi üzərində işləyirlər. Biz buna töhfəmizi vermişik: hətta mənim nazirliyim bu sanksiyalar paketi üçün təriflərin yarısını belə formalaşdırıb və bu, artıq praktiki olaraq qəbul edilib", - o deyib.

Chosen
0
2
ikisahil.az

10Sources