EN

ABŞ-dan Putinin təklifinə cavab: Əvvəlcə 30 günlük atəşkəs..

Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlara başlamazdan əvvəl 30 günlük atəşkəs əldə edilməlidir.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

“Əvvəlcə 30 günlük qeyd-şərtsiz atəşkəs və bu müddət ərzində hərtərəfli sülh danışıqlarına keçid olmalıdır, əksinə deyil”, - Kelloq bildirib.

Qeyd edək ki, bu gün gecə saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynaya mayın 15-də ilkin şərt olmadan birbaşa danışıqları İstanbulda bərpa etməyi təklif edib.

Chosen
0
50
axar.az

10Sources