BAKI. 11 may. TELEQRAF
"Real Madrid" klubu bu gün İspaniya La Liqasının XXXV tur matçında üz-üzə gələcəyi "Barselona" ilə oyun üçün start heyətini açıqlayıb.
Teleqraf xəbər verir ki, Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər ilk "11-lik"də yer alıb.
Barselona şəhərindəki Lüis Kompanis adına Olimpiya stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:15-də başlanacaq.