Güclü külək Gürcüstanın Batumi kurort şəhərinin Qara dəniz sahilində ciddi problemlər yaradıb.
Publika.az xəbər verir ki, güclü külək yüksək gərginlikli elektrik xətlərini sıradan çıxarıb.
Batumi Beynəlxalq Hava Limanında təyyarələrin uçuşunda və enişində gecikmələr olub.
Bəzi yaşayış binalarının dam örtüyü zədələnib, bir neçə küçədə və mərkəzi parkda ağaclara və avtomobillərə ziyan dəyib.