
Bu gün futbol üzrə İspaniya çempionatının 35-ci turunun mərkəzi oyunu keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, növbəti “El Klassiko”da əsas rəqiblər “Barselona” və “Real Madrid” qarşılaşacaq.
Qarşılaşma Olimpiya Stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
Hazırda turnir cədvəlinə 79 xalla “Barselona” başçılıq edir. “Kral klubu” 4 xal geridə qalıb və 75 xalla ikinci pillədə qərarlaşıb. Kataloniyalılar qalib gəlsə, xal fərqi 7-yə yüksələcək, “Real”ın uğuru isə fərqi minimuma endirəcək.