









9 may 2025-ci il tarixində Azərbaycan Karate Fedarasiyasının təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirıiyinin İdman Sağlamlıq klubunun nəzdində fəaliyyət göstərən Budokan döyüş növləri idman mərkəzində Ulu Öndər Heydər Əliyevin 102-ci il dönümü münasibəti ilə mərkəzin Sumqayıt şəhərində yerləşən idman kompleksində texniki seminar keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Azərbaycan Karate Federasiyasının Vitse-prezdenti Fizuli Musayev, baş katib Qabil Sayadov, AKP-nin Sumqayıt üzrə nümayəndəsi Akif Kərimov, Budokan şəhər döyüş növləri mərkəzinin sədr müavini Rəfael Məmmədov, məşqçilər Emin Hümbətov, Bəxtiyar Məmmədov, Xəyal Hüseynov, Xəyal Məmmədov, Murad Hacızadə iştirakı edib. Çıxış üçün söz alan AKF-nin vitse prizdenti Fizuli Musayev Sumqayıt şəhərində karatenin yüksək səviyyədə inkişafını qeyd edərək, məşqçi müəllimlərin fəaliyyətinə yüksək qiymət verərək tədbirin təqdirə laiq olmasını qeyd etdi. Daha sonra Sumqayıt şəhər karateçilərinin ötən ilin idman dərəcələri üzrə Bakıda keçirilən beynəlxalq seminarda müvafiq idman dərəcələri almış idmançılara sertifikatlar təqdim edilib. Texniki seminarın praktiki hissəsində isə 8-ci dan qara kəmər ustası Fizuli Musayev və 5-ci dan qara kəmər ustası Qabil Sayadov karatenin texniki elementlər kompleksindən ibarət ustad dərsləri keçiriblər.
6Sources