EN

PSJ Donnarumma ilə bağlı qərar verib

PSJ-nin qapıçısı Canluici Donnarumma ilə Paris klubu arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar uğurla davam edir.

90deqiqe.Az-ın “GFFN”ə istinadən yaydığı məlumata görə, 26 yaşlı qolkiperin karyerasını parislilərlə davam etdirməsi gözlənilir. Həm klub, həm də futbolçu əməkdaşlığı davam etdirmək niyyətindədir.

Mənbələrin bildirdiyinə görə, yeni müqavilə ilə bağlı aparılan danışıqlar müsbət istiqamətdə gedir və tərəflərin yaxın zamanda yekun razılığa gələcəyi ehtimal olunur.

Qeyd edək ki, italiyalı oyunçunun PSJ ilə mövcud müqaviləsi gələn ilin yayında başa çatır.

Chosen
0
90deqiqe.az

1Sources