EN

Əlcəzair Fransanın casuslarını bir daha ölkədən qovdu – diplomatik qalmaqal böyüyür

Əlcəzair hakimiyyəti yenidən Fransaya bağlı kəşfiyyat əməkdaşlarını ölkədən çıxarıb. Bu dəfə iki fransız casusu diplomatik pasportla Əlcəzairə daxil olduqları, lakin yerli hakimiyyətə əvvəlcədən məlumat vermədikləri üçün qovulub.

Musavat.com xəbər verir ki, bu, son bir ayda Fransayla Əlcəzair arasında baş verən ikinci belə hadisədir. Qeyd edək ki, daha əvvəl Əlcəzair Parisdəki nümayəndəsinin həbsinə cavab olaraq 12 fransız diplomatı ölkədən çıxarmışdı.

Yeni hadisə iki ölkə arasında diplomatik gərginliyin artdığını göstərir. Rəsmi Əlcəzair bu addımı ikitərəfli sazişlərin pozulması kimi qiymətləndirir və Fransanı qarşılıqlı hörmət prinsiplərinə əməl etməyə çağırır.

Fransa tərəfi isə hələlik rəsmi mövqe bildirməyib.

Musavat.com

Chosen
0
1
musavat.com

2Sources