EN

Zay çıxan, uun müddət ortalıqda görünməyəcək legioner ətrafında araşdırma başlandı

“Araz-Naxçıvan”ın legioneri Əyyub Allaş əməliyyat olunub.
Belçikada cərrah masasına qalxan yarımmüdafiəçi yaxın günlərdə bərpa prosesinə başlayacaq. Onun komandaya qoşulması minimum 5-6 ay çəkəcək. Həkimlər bu dönüşün 7-9 aya qədər uzanmasını da istisna etmir.
Hər şey müalicənin gedişindən asılıdır. Hələlik bu dəqiqdir ki, Belçika vətəndaşı noyabr-dekabr aylarına qədər yaşıl sahəyə ayaq basmayacaq.
O, bu ilin əvvəlində «Şerif»dən bura gəlib və 1,5 illik müqaviləyə imza atıb. 2021-2023-cü illərdə «Qəbələ»nin formasını geyinmiş orta sahə oyunçusu Moldovadan böyük pul qarşılığında geri qayıdıb. «Araz» Mərakeş kökənli legionerə hər ay 15 min dollar əməkhaqqı ödəyir.
Allaş ötən müddətdə özünü göstərə bilməyib. Odur ki, klub rəhbərliyi ərəblə anlaşmasına peşman olub. Bir ay öncə «Neftçi» ilə matçda diz bağları qopmuş Əyyubla elə bu dəqiqə yolları ayırmağa hazırdırlar. Məşqçilər korpusuna bununla bağlı göstəriş verilib - onunla danışıb müqaviləni ikitərəfli qaydada pozmağa razı salsınlar.
Funksionerlər eyni zamanda bu keçid ətrafında araşdırmaya başlayıb. Onlara çatan bəzi xoşagəlməz informasiyaları dəqiqləşdirməyə çalışırlar.

SPORTİNFO.AZ

Chosen
0
sportinfo.az

1Sources